28 Ekim 2013 Pazartesi

Biz xərabat əhliyik


Alim Qasımov - Muğam (Qəzəlxan filmi)


Biz xərabat əhliyik, meyxanələrdən çıxmışıq
Badələr nuş etmişiq , peymanələrdən çıxmışıq

Atəşi ğəmdən nə qorxax kim səməndər xislətik
Şəmilər yandırmışıq pərvanələrdən çıxmışıq

İndi biz ikrah edib meydən nəzərdən düşmüşüq
Yoxsa min min məclisi məstanələrdən çıxmışıq

Gah öpüb yarın əyağın gah dolannıx başınə
Biz pərişan zülflər tək şanələrdən çıxmışıq

Qədr qiymətsiz bizi zann etmə Vahid arif ol
Por bəha gəncinəyik viranələrdən çıxmışıq

Əliağa Vahid

Hiç yorum yok:

Yorum Gönder