Şövket Əlekberova
Güllü Muradova
Reşid Behbudov
Əbülfət Əliyev
Meni candan usandırdı cəfadan yar
usanmaz mı?
Felekler yandı âhımdan murâdım şem'i yanmaz mı?

Qemu bîmârına cânân
dəva-yı dərd
edər ehsan
Niçün qılmaz mənə dərman məni bîmar sanmaz mı?

Qəmim pünhan tutardım mən dedilər
yâre qıl rôşen
Desem ol bî-vəfa bilmən inanar mı inanmaz mı?

Şeb-i hicran yanar cânım
tökər qan çeşm-i giryânım
Oyadar xalqı efgânım qara bəxtim oyanmaz mı?

Gül-i rühsârınə qarşı gözümdən
qanlı axar su
Həbibim fasl-ı güldür bu axar sular bulanmaz mı?

Deyildim mən sənə mail, sən etdin
ağlımı zail
Mənə ta'n eyləyən qafil səni görçə utanmaz mı?

Fizuli rind-i şeydadır həmişə
xalqa rüsvadır
Sorun kim bu nə sevdadır bu sevdadan usanmaz mı?

Fuzûlî